Pakistan haqqında 5 maraqlı fakt

Pakistan haqqında 5 maraqlı fakt
  • Dünya / Maraqlı

  • Pakistanı Azərbaycana yaxın dövlət sayırıq. Bəs bu ölkəni nə dərəcədə yaxşı tanıyırıq?

    Asiya.az Pakistan haqqında 5 maraqlı faktı diqqətinizə çatdırır. Əmin olun ki, çoxu bunları bilmir.

    1 – Pakistan əhali sayına və təhlükəlilik dərəcəsinə görə dünyada 6-cı yeri tutur. Müsəlmanların ən çox olduğu ölkələrin sırasında yalnız İndoneziyadan geri qalır.

    2 – Pakistan Britaniya Hindistanının parçalanmasından sonra 1947-ci ildə yaranıb. 1971-ci ildə Banqladeş ayrılıb. Pakistan həmişə mücahidlərin hazırlıq düşərgəsi olub. 2000-ci ildə Talibanın əsas qüvvəsi burada idi. Dünyanın ən çirkli dövləti sayılır.

    3 – Əhalinin yarısı savadsızdır. İnsanlar gündə orta hesabla 6 dollar qazanır. Adətən, bu pula 8-11 nəfərlik ailəni saxlamaq lazım gəlir.

    4 – Əfqanistan geroininin əsas tranzit marşrutu Pakistandan keçir. Dünyanın narkotik ticarətinin 40 faizinə bu ölkə vasitə olur.

    5 – Pakistanda kriket və futbolu çox sevirlər. Dünyada futbol toplarının 70 faizi bu müsəlman ölkəsində istehsal olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər