Qənirə Paşayeva ön cəbhə kəndlərindən olan Vahidli kəndində seçicilərlə görüşdü - FOTOLAR

Qənirə Paşayeva ön cəbhə kəndlərindən olan Vahidli kəndində seçicilərlə görüşdü - FOTOLAR
  • Siyasət / Manşet

  • Tovuzun kəndlərini məhəllə-məhəllə gəzməyə davam edən Qənirə Paşayeva bu dəfə ön cəbhə kəndlərindən biri olan Vahidli kəndində şəhid ailələri və bir sıra sakinləri ziyarət edib, qayğıları ilə maraqlanıb.

    Müstəqilliyimizin bərpasının ilk illərində Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücumlarının qarşısının alınmasında Vahidli kəndinin, onun qorxmaz və cəsarətli insanlarının özəl yer tutduğunu bildirib.

    Qənirə Paşayeva Prezident cənab İlham Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət, qayğı barədə və rayonda, o cümlədən Vahidli kəndində həllini gözləyən problemlərdən danışıb və ölkəmizin inkişafı ilə paralel olaraq həmin problemlərin də sürətlə həllini tapacağına əminliyini ifadə edib. Ötən 14 illik deputat fəaliyyəti barədə də danışan Q.Paşayeva hər zaman seçicilərinin yanında olduğunu, onlarla vaxtaşırı görüşdüyünü, qayğı və problemlərinin həlli ilə bağlı rəsmi qurumlara müraciətlər etdiyini və inkanı daxilində bu problemlərin həllinə çalışdığını, müalicəyə ehtiyacı olanlara dəstək olmağa çalışdığını bildirib: “Deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam və əgər siz mənə təkrar etimad göstərərsinizsə, bundan sonra da sizi ləyaqətlə təmsil etməyə davam edəcəm”.

    Seçki platforması barədə də ətraflı məlumat verən Q.Paşayeva hər bir seçicinin seçkilərdə iştirakının vacibliyini vurğulayıb və onları 9 Fevral Parlamenr Seçkilərində fəal olmağa çağırıb.

    “Siz Milli Məclisdə və getdiyiniz hər bir ölkədə bizim səsimiz oldunuz və hər zaman etimadımızı doğrultdunuz. Hər zaman bizim yanımızda oldunuz. Biz də səsimizlə sizin yanınızdayıq”deyən seçicilər Q.Paşayevaya uğurlar arzu ediblər.

    Qənirə Paşayeva ön cəbhə kəndlərindən olan Vahidli kəndində seçicilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva ön cəbhə kəndlərindən olan Vahidli kəndində seçicilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva ön cəbhə kəndlərindən olan Vahidli kəndində seçicilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva ön cəbhə kəndlərindən olan Vahidli kəndində seçicilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva ön cəbhə kəndlərindən olan Vahidli kəndində seçicilərlə görüşdü - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər