İstanbulda təyyarə 177 sərnişinlə qəzaya uğradı - VİDEO

İstanbulda təyyarə 177 sərnişinlə qəzaya uğradı - VİDEO
  • Dünya / Manşet

  • İstanbulda sərnişin təyyarəsi qəzaya uğrayıb.

    Asiya.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, özəl aviaşirkətə məxsus təyyarə Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxaraq yanıb və parçalanıb.
    Qəza nəticəsində Sabiha Gökçen aeroportu fəaliyyətini dayandırıb, uçuşlar İstanbul hava limanına yönləndirilib.

    Təyyarənin İzmir-İstanbul aviareysini həyata keçirdiyi bildirilir.

    Hadisə yerinə çoxlu sayda xilasedici cəlb edilib. Sərnişinlər təyyarədən təxliyə edilir. Nəqliyyat naziri Cahit Turhan bildirib ki, təyyarədə 177 sərnişin olub. Onun sözlərinə görə, qəzada ölən yoxdur. Bir neçə nəfər yaralanıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər