Osmanlı padşahının 6 əsr yaşı olan məktubu tapıldı - FOTO

Osmanlı padşahının 6 əsr yaşı olan məktubu tapıldı - FOTO
  • Maraqlı

  • Almaniyada Berlin dövlət kitabxanaları fondunda tədqiqat aparan türkiyəli tarixçilər maraqlı detal üzə çıxarıblar.

    Onlar Osmanlı padşahı 2-ci Muradın yaşı 600-ə çatan məktubunu tapıblar.

    Asiya.az xəbər verir ki, məktub təxminən 1441-ci ildə yazılıb. Bu da 2-ci Murad dövrünə düşür. O, birinci dəfə 1444-cü ilə qədər 23 il hakimiyyətdə olub. İkinci hakimiyyəti isə 1446-1451-ci illəri əhatə edib.

    Osmanlı padşahının 6 əsr yaşı olan məktubu Osmanlı padşahının 6 əsr yaşı olan məktubu
    2-ci Murad məktubu vəziri Fəzlullah paşaya ünvanlayıb. Padşah ona indiki Bolqarıstan ərazisinə düşən Batikon kəndini bağışlamasından söz açıb. Vəzir gördüyü vacib işə görə belə mükafatlandırılıb.

    Tədqiqat layihəsinin rəhbəri Doğan Averbəyin dediyinə görə, Berlin kitabxanalarında 1300-ə qədər Osmanlı dövrünə aid əlyazmalar tədqiqini gözləyir. O, məktuba böyük əhəmiyyət verdiklərini söyləyib. Çünki 2-ci Murad dövrü ilə bağlı indiyə qədər çox sənəd əldə edə bilməyiblər.


    Osmanlı padşahının 6 əsr yaşı olan məktubu tapıldı - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər