Ağciyər Xəstəlikləri İnstitutuna İTTİHAM- Vərəm xəstələri rüşvət verib, gecə taksi sürücüsü işləyir

Ağciyər Xəstəlikləri İnstitutuna İTTİHAM- Vərəm xəstələri rüşvət verib, gecə taksi sürücüsü işləyir
  • İqtisadiyyat

  • Bakı şəhər sakini 32 yaşlı Ayaz Məmmədov 6 ildir vərəm xəstəliyindən əziyyət çəkir.

    Asiya.az mediapress.az-a istinadən xəbər verir ki,O, son 2 ilədək Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alıb. Amma maddi imkansızlıqdan müalicəsini yarımçıq saxlayıb.

    Ayaz iddia edir ki, xəstəxanada tibb işçilərinə “hörmət” etmədikdə xəstələrə biganə yanaşırlar. Buna görə də müalicə, palata həkimi, tibb bacıları, palatanı təmizləyən xadimələr, o cümlədən müayinələr üçün pul verilməlidir:

    “Xəstəxanada müalicə olunduğum müddətdə dəfələrlə xəstə ölümünün şahidi olmuşam. Ağır vərəmli xəstələrin müalicə olunduğu palatalarda su daimi verilmirdi, tualet natəmizlik içindəydi. Bu xəstəxanada sağlam adam da xəstə olar”.

    Ayazın daha bir iddiasına görə, ağır vərəmli xəstələrin içində taksi sürücüsü kimi işləyənlər var, gecələr mühafizəçiyə pul verib səhər saat 6-da yenidən xəstəxanaya qayıdırlarmış.
    PAYLAŞ:

    Oxşar xəbərlər