Heç bir dövlətə qarşı tətbiq olunmayan maddə Azərbaycana təbiq olunacaq? (ŞƏRH)

Heç bir dövlətə qarşı tətbiq olunmayan maddə Azərbaycana təbiq olunacaq? (ŞƏRH)
  • Siyasət

  • "Azərbaycan Avropa Şurasında üzərinə götürdüyü öhdəlikləri hər zaman nizamla yerinə yetirib”.

    Bunu Qaynarinfo-ya açıqlamasında palitoloq Qabil Hüseynli Avropa Şurasının sabiq baş katibi Turbyorn Yaqlandın Azərbaycana qarşı Avropa Şurası Konvensiyasının 46.4 maddəsinin tətbiq edilməsi təklifini şərh edərkən deyib. Onun fikrincə, Avropa Şurası səsləndirdiyi bu təkliflə Azərbaycana qarşı haqsız mövqe nümayiş etdirir:

    "Mən bunu arzu etmək istəməzdim. Açığı inanmıram ki, bu baş tutsun. Çünki Azərbaycan uzun illərdir Avropa Şurasında fəaliyyət göstərir. Və üzərinə götürdüyü öhdəlikləri nizamla yerinə yetirir. Hədəf kimi Avropa Şurasının Azərbaycanı seçməsini düzü, başa düşə bilmirəm. Çünki Avropa ölkələrinin özündə də insan haqları ilə bağlı müəyyən problemlər yaranıb. Bizim qonşularımız olan Gürcüstan və Ermənistanda siyasi məhbuslar var. Sözün həqiqi mənasında Avropa Şurası bu təkliflə Azərbaycana qarşı haqsız hərəkət edir”.

    Politolq Elxan Şahinoğlu isə hesab edir ki, Avropa Şurası Konvensiyasının 46.4 maddəsi indiyə kimi heç bir dövlətə qarşı tətbiq olunmayıbsa, inanmıram ki, Azərbaycana qarşı da təbiq olunsun:

    "Münasibətlərdə soyuqluq yaranıb, gərginlik var. Avropa Şurasının rəhbərliyinin qəbul etdiyi son qətnamə və Azərbaycana qarşı Avropa Şurası Konvensiyasının 46.4 maddəsinin tətbiq edilməsi, əlbəttə ki, münasibətlərə mənfi təsir edir. Azərbaycan hakimiyyəti də buna görə Avropa Şurasının rəhbərliyini tənqid edir. Dövlət başçısı çıxışında deyir ki, onların qəbul etdiyi sənədlər artıq kağız parçasına çevrilib. Düşünürəm ki, Avropa Şurası sonda bu riskli addımı atmayacaq. Bu maddə indiyə kimi heç bir dövlətə qarşı tətbiq olunmayıbsa, inanmıram ki, Azərbaycana qarşı da təbiq olunsun. Əvvəllər də belə hədə-qorxular olub. Bizim öz istəyimizlə Avropa Şurasını tərk etməyimiz bizim üçün faydalı olmaz. Çünki düşmən Ermənistan oradadır. Biz oradan çıxan kimi Azərbaycanın əleyhinə təbliğat aparmaq üçün sərbəstlik qazanacaqlar. Buna qətiyyən yol vermək olmaz. Bunun bir yolu var - o da dialoq. Dialoq vasitəsi ilə bu gərginlik ortadan götürüləcək. Və buna da əminəm. Hesab edirəm ki, hər iki tərəf arasında soyuqluq yaransa da, gərginlikdən qacmağa çalışılacaq. Azərbaycanın üzvlükdən məhrum olması heç kim üçün faydalı deyil. Belə olarsa, biz Avropadan uzaqlaşacağıq. Bu, həm Avropa üçün ziyanlıdır, bizim də xeyrimizə deyil. Düşünürəm ki, Azərbaycanla və insan haqları ilə bağlı qaldırılan məsələlər də razılaşma yolu ilə həllini tapacaq. Çünki Azərbaycan 19 ildir ki, Avropa Şurasının üzvüdir. 19 ildə iki tərəf arasında bundan da gərin problemlər yaranıb, amma dialoq yolu ilə həllini tapıb”.

    Qeyd edək ki, Avropa Şurasının sabiq baş katibi Turbyorn Yaqland Azərbaycana qarşı Avropa Şurası Konvensiyasının 46.4 maddəsinin tətbiq edilməsi ilə bağlı təklif irəli sürüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər