Şamxal Bağışov namizədliyini Məşhur Məmmədovun xeyrinə geri çəkdi - FOTO

Şamxal Bağışov namizədliyini Məşhur Məmmədovun xeyrinə geri çəkdi - FOTO
  • Siyasət / Manşet

  • 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizdə olan Məşhur Məmmədov seçkinin əsas favoriti hesab olunur. İndiyə qədər M.Məmmədovun seçki kampaniyası uğurla davam etməklə yanaşı, seçkidə iştirak edən və etməyən əsas fiqurlar da onu dəstəkləməyə başlayıblar.

    Asiya.az xəbər verir ki, bu gün həmin dairədən namizəd olan Şamxal Bağışov namizədliyini geri götürərək, Məşhur Məmmədovu dəstəklədiyini bəyan edib.

    Bu barədə Şamxal Bağışov öz feyzbuk səhifəsində məlumat verərək bildirib ki, bu gün layiqli namizədlərdən olan Məşhur Məmmədovla debatımız baş tutdu.

    “Lahyilərimizi müzakirə etdik və qərara aldım ki, bu seçimdə Məşhur müəllim daha təcrübəlidir, fikrlərimiz, ideyalarımız bənzərdir, eyni yoldayıq. Buna görə də seçicilərimi Məşhur Məmmədova səs verməyə çağırıram. Mən isə qərara aldım ki, bu seçkilərdən çəkilim və özümü inkişaf etdirərək, öz üzərimdə durmadan işləyərək növbəti seçkilərdə daha hazırlaşmış, daha yüksək formda qarşınıza çıxım. Hər birinizə mənə göstərdiyiniz diqqət, etimad və dəstək üçün təşəkkürümü bildirirəm. Haqqınızı halal edin.”
    Asiya.az


    Şamxal Bağışov namizədliyini Məşhur Məmmədovun xeyrinə geri çəkdi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər