İçərişəhərdə partlayış:Hər şey nəzarətdədir

İçərişəhərdə partlayış:Hər şey nəzarətdədir
  • Manşet / Olay

  • "Baş vermiş hadisə nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər müvəqqəti yaşayış yerləri ilə təmin olunur”.

    Asiya.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova deyib. O bildirib ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov hadisə yerinə gəlib:

    "Hadisənin başvermə səbəbləri və xəsarət alanların hazırkı vəziyyəti ilə tanış olublar. Baş vermiş hadisə nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər hazırda İdarə tərəfindən müvəqqəti yaşayış yerləri ilə təmin olunur. Hazırda bütün proseslər nəzarətdə saxlanılır, müvafiq hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür.

    Hadisə nəticəsində insan tələfatı yoxdur, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. Digər xəsarət alanların həyatlarına təhlükə yoxdur”.

    Qeyd edək ki, fevralın 7-də axşam saatlarında İçərişəhər, İ.Əfəndiyev küçəsi, 10 ünvanında qaz sızması nəticəsində partlayış baş verib. Qəza nəticəsində xəsarət alanlar olub.

    PAYLAŞ:

    Oxşar xəbərlər