Bakıda mağazada qətl törədən şəxs tutuldu

Bakıda mağazada qətl törədən şəxs tutuldu
  • Kriminal

  • Bakı şəhər Xətai Rayon Polis İdarəsinin əməkdaşları 60 yaşlı rayon sakini Bəxtiyar Əliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb.

    Asiya.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    Bildirilir ki, fevralın 9-na keçən gecə Zığ şossesindəki mağazada naməlum şəxs B.Əliyevi kürəyindən bıçaqlayaraq hadisə yerindən qaçıb.

    Zərərçəkən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

    Cinayətdə İsmayıl Ağasanovun əli olduğu müəyyən edilib. İlkin məlumatlara görə, İ.Ağasanov və B.Əliyev tanış olublar.

    İ.Ağasanov B.Əliyevdən pul istəyib, lakin sonuncu pul verməkdən imtina edib. Bu zaman İ.Ağasanov onu kürəyindən bıçaqlayıb.

    Faktla bağlı cinayət işi açılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər