Bu dəfə ən gənc onlardır... - SİYAHI

Bu dəfə ən gənc onlardır... - SİYAHI
  • Cəmiyyət / Manşet

  • Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrə görə, öndə olan namizədlər arasında gənclərin sayının çox olması diqqət çəkən məqamdır.

    Asiya.az xəbər verir ki, bu dəfə parlamentin ən gənc deputatı 26 yaşlı Səbinə Xasayevadır.

    Digər gənc namizədlərin siyahısını təqdim edirik:

    7 saylı Ordubad-Culfa seçki dairəsindən Cəbi Quliyev (YAP) – 30 yaş

    24 saylı Nizami seçki dairəsindən Könül Nurullayeva - 35 yaş

    29 saylı Səbail seçki dairəsindən Nigar Arpadarai - 38 yaş

    39 saylı Kəpəz birinci seçki dairəsindən Müşfiq Cəfərov (YAP) – 39 yaş

    43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Emin Hacıyev (YAP) – 38 yaş

    57 saylı Kürdəmir seçki dairəsindən Əminə Ağazadə - 40 yaş

    59 saylı Salyan seçki dairəsindən Jalə Əhmədova – 39 yaş

    63 saylı Sabirabad birinci seçki dairəsindən Kamal Cəfərov – 31 yaş

    66 saylı Biləsuvar seçki dairəsindən Bəhruz Məhərrəmov - 37 yaş

    81 saylı Beyləqan seçki dairəsindən Şahin İsmayılov (YAP) – 34 yaş

    96 saylı Goranboy-Naftalan dairəsindən Anar Məmmədov (YAP) – 36 yaş

    99 saylı Şəmkir kənd seçki dairəsindən Nurlan Həsənov (YAP) – 32 yaş

    122 saylı Xankəndi seçki dairəsindən Tural Gəncəliyev – 40 yaş

    Yuxarıda qeyd edilən gənc namizədlərdən qarşısında partiya mənsubiyyəti qeyd edilməyənlər bitərəf olanlardır. Bu siyahı MSK tərəfindən nəticələri açıqlanan 118 dairə üzrə hazırlanıb.

    Hazırda yeddi dairənin nəticələri açıqlanmayıb. 2015-ci il parlament seçkilərində isə Şahin İsmayılov 29 yaşda deputat seçilməsi ilə ən gənc millət vəkili statusunu əldə etmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər