Azərbaycanda ev yandı: Ölən və yaralananlar var

Azərbaycanda ev yandı: Ölən və yaralananlar var
  • Olay

  • Şəmkir rayonunda yanğın olub.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ələsgərli kəndində qeydə alınıb.

    Kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Zöhrab Rüstəm oğluna məxsus ev yanıb. Hadiə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

    Hadisə zamanı ev sahibi və övladı - 2011-ci il təvəllüdlü Əhmədov Rüstəm Zöhrab oğlu ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətləri ağır olduğu üçün onlar Gəncə şəhərinə, oradan da Bakıya aparılıb.

    Yanğın zamanı evdə bir qadın ölüb. Hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan olduğu deyilir.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər