Əcnəbilərdə Azərbaycan haqqında yaranmış 5 mif

Əcnəbilərdə Azərbaycan haqqında yaranmış 5 mif
  • Dünya

  • Hər hansı ölkə haqqında fikir bildirmək üçün ora ən azı bir dəfə səfər etmək lazımdır.

    Bu bizim ölkəyə də aiddir. Azərbaycanla bağlı əcnəbilərdə müxtəlif miflər yaranıb. “Nomads” bunlardan 5-ni seçərək fərqləndirib.

    1 – Azərbaycanı kasıb ölkə sayırlar. Elə bilirlər ki, burada pomidordan başqa heç nə yoxdur. Yazıda qeyd olunub ki, əlbəttə, Azərbaycan pomidoruna söz ola bilməz, amma neftin yaratdığı imkanları da unutmaq doğru deyil. Bizim ölkənin ÜDM-ə görə dünyada 71-ci yeri tutduğu, Gürcüstanı, Ermənistanı geridə qoyduğu xüsusi vurğulanıb.

    2 – Azərbaycanı müsəlman ölkəsi olaraq təhlükəli hesab edirlər. Yazıda narahatlığa əsas olmadığı, sovet dövrünün dini dayaqları sarsıtdığı önə çəkilib.

    3 – Azərbaycanda hələ də müharibə getdiyini düşünənlər var. “Nomads” Dağlıq Qarabağ probleminə diqqət ayırıb. Müharibə şəraitində olduğumuz, amma döyüşlər getmədiyi yazılıb. Yəni turistlər üçün problem yoxdur.

    4 – Bəzi soyadlarla Azərbaycana gəlmək mümkün deyil. Yazıda bunun həqiqət olduğu bildirilib. Təbii ki, erməni soyadı olanları gömrükçülərimiz ciddi yoxlamalıdır, lazım gəlsə, ölkəyə buraxmamalıdırlar. Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan gedənlər bura ayaq basa bilməyəcək.

    5 – Azərbaycan mətbəxinin Türkiyə süfrəsinin parodiyası olduğu fikri yaranıb. Halbuki həqiqət deyil. Azərbaycan mətbəxində Qafqaz və İran elementləri daha çoxdur. “Nomads” bu fikirdədir. Yazıda pitinin, bir neçə növ plovun dadına baxmaq məsləhət görülür.

    Bizimyol
    PAYLAŞ:

    Oxşar xəbərlər