Masallının istedadlı gənci – Əsra (FOTOLAR)

Masallının istedadlı gənci – Əsra (FOTOLAR)
  • Cəmiyyət

  • Fəal könüllü, istedadlı aktrisa, əlaçı tələbə...

    Asiya.az xəbər verir ki, bu adların hamısı 17 yaşı Əsra Yusifliyə məxsusdur.

    Yusifli Əsra Zamiq qızı 31 mart 2003-cü ildə Masallı rayonu, Həsənli kəndində musiqiçi ailəsində anadan olub.

    2009-cu ildə Masallı rayon Həsənli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub. Şagirdlər arasında xüsusi istedadı ilə seçilən Əsra 2018-ci ildə orta məktəbin 9-cu sinfini bitirərək kollece sənəd verib. İmtahandan uğurla keçərək Masallı Dövlət Regional Kollecinin “Yer quruluşu və torpaq müfəttişliyi” ixtisasına qəbul olub.
    Müxtəlif vaxtlarda rayon rəhbərliyi tərəfindən tədbirlərdə fəallığına görə serfikat və fəxri fərmanlarla mükafatlanıb. Tələbə olmasına baxmayaraq Masallı Xalq Teatrının üzvüdür.

    “Azərbaycan xalq yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə III Respublika Xalq Teatrları Festivalı zamanı Əsra Yusiflinin Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində baş rolda oynadığı “Qaçqın gəlin” tamaşası 2-ci yerə layiq görülüb.

    Prezident cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ölkədə gənclərə, könüllülərə diqqət və qayğının təzahürüdür. Əsra da Masallı Dövlət Regional Kollecinin “Bir tələbə”, “Bir könüllü” proqramının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüsü kim fəaliyyət göstərir. Masallı Rayon İcra Hakimiyyətinin də gənc könüllüsü olan Əsra qısa müddət ərzində öz istedadı ilə hamının ürəyini fəth edib.

    Tələbə olmağına baxmayaraq reklam şirkətlərindən və film sektorlarından dəvətlər alır. Gözəl aparıcılıq və qirayətçilik bacarığı var. Kolleci bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmək istəyir. Ən böyük arzusu aktrisa kimi Azərbaycanı dünyada tanıtdırmaqdır.

    Mərhəmət Lələ
    Asiya.az



    Masallının istedadlı gənci – Əsra (FOTOLAR)
    Masallının istedadlı gənci – Əsra (FOTOLAR)
    Masallının istedadlı gənci – Əsra (FOTOLAR)
    Masallının istedadlı gənci – Əsra (FOTOLAR)
    Masallının istedadlı gənci – Əsra (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər