Yeni deputat Nigar Arpadarai “hücum”a məruz qaldı - AÇIQLAMA

Yeni deputat Nigar Arpadarai “hücum”a məruz qaldı - AÇIQLAMA
  • Cəmiyyət

  • “Dünən axşam saatlarında, 3-4 saat ərzində səhifəmə klassik anlamda ‘trol’ hücumu olmuşdur. Eyni mətnlə yazılan çoxsaylı kommentlər, ayrı-ayrı şəxslərin adından təkrarlanan eyni və oxşar mətnli şərhlər, təhqirlər bu hücumun açıq-aydın göstəriciləridir”.

    Asiya.az xəbər verir ki, bunu 29 saylı Səbail seçki dairəsinin lider namizədi Nigar Arpadarai deyib.

    “Mənim tərəfdaşlarım və istənilən dəstək sözünü yazan user-lər dərhal hücum və təhqir olunurdu. Təəssüflə bildirirəm ki, təhlilimiz onu göstərir ki, klassik ‘fake’ user-lərlə yanaşı, hücum edən user-lərin böyük bir qismi özəl türk liseyləri və Qafqaz universitetinin məzunlarıdır. Dostlarım və həmkarlarım arasında bu məktəblərin məzunu olan çoxsaylı vətənpərvər, dürüst və istedadlı insanlar var. Onların haqqına girmək istəmirəm, sadəcə təəssüf hissi ilə bildirirəm ki, bu məktəblərin məzunlarının bir hissəsi hələ də siyasi məqsədlər üçün istifadə olunur. Dünən postu silməsəm də təhqiredici şərhlərin çoxunu sildim. Təsadüfən kimisə səhifəmdən silmişəmsə xahiş edirəm inboksa yazın. Hamıya xoş gün arzulayıram!” – N.Arpadarai bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər