Jurnalist Vasif Talıbovun oğlu Rza Talıbovun Birləşmiş Ərəb Əmirliklərində milyonluq əmlaka sahib olduğunu yazıb:
“Birləşmiş Ərəb Əmirlikləri, Ajmanda
Əl Talıbov qülləsi.
Rəsmi adı Al Rza Towerdir, Vasif Talıbovun oğlu Rza Talıbovun adını daşıyır. Bina Talıbovlar ailəsinə məxsus Gəmiqaya Holdinq tərəfindən inşa olunub.
Ünvanı belədir: 60, 1 Street, Ajman Industrial 2, Ajman Office 1201.
Bina yaşayış təyinatlıdır, 12-ci mərtəbəsində holdinqə daxil olan GƏMİQAYA REAL ESTATE daşınmaz əmlak şirkəti yerləşir. Talıbovların körfəz ölkələrindəki əmlakı bu şirkət vasitəsilə idarə olunur.
Yeri gəlmişkən, Talıbovların BƏƏ-dəki daha bir şirkəti GEMIKAYA GENERAL TRADING LLC-dir. Şirkətin ofisi Dubai Investment Parkda yerləşir. Şirkət ərəb ölkələrinə “Badamlı” sularının satışını, eyni zamanda Azərbaycanla Körfəz ölkələri arasında digər ticari əməliyyatları reallaşdırır. Ticarət şirkətinin gəliri 1 milyon dollar göstərilir”.(aztoday.az)