Bakıda satışa çıxarılan 4 milyon manatlıq villa kimindir?

Bakıda satışa çıxarılan 4 milyon manatlıq villa kimindir?
  • Maraqlı / İqtisadiyyat / Manşet

  • Bakıda satışda olan ən bahalı və ən ucuz mənzillərin qiyməti və yerləşdiyi ərazi məlum olub.

    Bu barədə ekspert Nüsrət İbrahimov Trend-ə bildirib ki, ötən ay Bakıda ən bahalı mənzil Nərimanov rayonunda qeydə alınıb.

    Onun sözlərinə görə, bu rayonda yeni binada yerləşən 285 kvadratmetr sahəsi olan 4 otaqlı mənzilin qiyməti 1 850 000 manat olub.

    N.İbrahimov bildirib ki, ən ucuz mənzil qiyməti isə Qaradağ rayonunda 4 otaqlı, təmirli və "Leninqrad” layihəsi olan mənzil olub, qiyməti 40 min manat təşkil edib.

    N.İbrahimov vurğulayıb ki, ən bahalı həyət evi isə 4 milyon manat dəyərində Binəqədidə Heydər Məscidinin yaxınlığında yerləşən və 600 kvadratmetr sahəsi olan villa olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər