Hadi Rəcəblinin nəticələri ləğv olunub? - AÇIQLAMA

Hadi Rəcəblinin nəticələri ləğv olunub? - AÇIQLAMA
  • Siyasət / Manşet

  • 74 saylı Lənkəran Kənd Seçki Dairəsi bu dairədə Milli Məclisə seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı xəbərlərə münasibət bildirib.

    Lənkəran Kənd Seçki Dairəsinin sədri Əlövsət Quliyev oxu.az-a açıqlamasında yayılan məlumatları təkzib edib.

    Onun sözlərinə görə, müvafiq dairə üzrə qanun pozuntuları aşkarlanmayıb.
    "Kimsə seçilmir, qalib gələnə iftira atmağa başlayır. Belə şeylər həmişə olur”,- deyə Ə.Quliyev əlavə edib.

    Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar açıqladığı ilkin nəticələrə görə, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin lider namizədi Hadi Rəcəblidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər