Jalə Əliyevadan sosial şəbəkələrdə yayılan görüntüsü ilə bağlı AÇIQLAMA - VİDEO

Jalə Əliyevadan sosial şəbəkələrdə yayılan görüntüsü ilə bağlı AÇIQLAMA - VİDEO
  • Cəmiyyət / Manşet / Asiya TV

  • Sosial şəbəkələrdə 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizədliyini irəli sürmüş və açıqlanan ilkin nəticələrə görə lider olan Jalə Əliyevanın məclisdə öz tərəfdarlarına təşəkkür etməsi ilə bağlı kadrlar yayılıb.

    Asiya.az xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılan videoda Jalə Əliyeva "bu seçkidə sinəsini qabağa verib döyüşən, vuruşan, yeri gələndə kiminsə başına papka atan, kiminsə telefonunu əlindən alıb yerə çırpma həddinə gələn” sözlərini işlədib və komanda üzvlərinə təşəkkür edib.

    Azxeber.com məsələ ilə bağlı Jalə Əliyeva ilə əlaqə saxlayıb. O deyib ki, həmin video seçkidən sonra komanda üzvləri ilə ailə məclisində çəkilib.

    Videoda bəhs edilən hadisə isə seçki günü yox, təbliğat kampaniyası ərəfəsində yaşanıb: "Həmin videoda deyilən sözlər seçki gününə aid deyil. Təbliğat müddətində qarşı tərəfin apardığı anti-təbliğat xarakterli addımlardan biri də o idi ki, mənim görüşümə öyrədilmiş adam göndərmişdilər və adam birbaşa "Azadlıq radiosu” ilə canlı yayıma girirdi. Yüksək səviyyəli təşkil olunmuş görüşü sərhəddən kənara ötürməyə çalışırdı. Buna görə də mənim tərəfdarlarım etiraz etdilər. O görüntülərdə də mən, həmin o öyrədilmiş blogerə etiraz edənlərə təşəkkürlərimi bildirirdim. Yəni burada söhbət seçki günündən yox, təbliğat kampaniyası ərəfəsində baş vermiş bir hadisədən gedir. Orada "başına papka atmaq” ifadəsini isə məcazi mənada işlətmişəm. Papkanı sadəcə qız yuxarıya qaldırmaqla o təxribatçıya "çıx get buradan” demək istəyir. Mən də həmin adamlara seçkinin ilkin nəticələri elan olunduqdan sonra evdəki toplantıda həmin gənc tərəfdarlarıma təşəkkür edirəm. Həmin uşaqlar da, mən onların adını çəkirəm deyə seviniblər və götürüb o hissəni öz statuslarına yerləşdiriblər. Vəssəlam, bundan ibarətdir. Yenə də bunu özləri üçün istifadə etməyə və qərəz yaratmağa çalışırlar, bu qədər.”

    Qeyd edək ki, MSK, bir sıra dairələrdən daxil olmuş müraciətlərə baxılması üçün aidiyyatı üzrə Dairə Seçki Komissiyalarına geri göndərib. Bunların arasında J. Əliyevanın namizədliyini irəli sürdüyü 92 saylı Zərdab-Ucar seçki dairəsi də var.


    PAYLAŞ:

    Oxşar xəbərlər