Qənirə Paşayeva Milli Məclisin sədri olacaq? - AÇIQLAMA (FOTO)

Qənirə Paşayeva Milli Məclisin sədri olacaq? - AÇIQLAMA (FOTO)
  • Siyasət / Manşet

  • "Sosial mediada, bəzi mətbu orqanlarda mənim Milli Məclis (MM) sədri olacağım barədə əsassız xəbərlər dolaşmaqdadır".

    Asiya.az xəbər verir ki, bunu növbədənkənar seçkilərində 105 saylı Tovuz seçki dairəsinin lider namizədi Qənirə Paşayeva "Facebook” səhifəsində yazıb. O, yayılan məlumatlara aydınlıq gətirib: "Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir, hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır, mən isə bitərəfəm.

    Digər tərəfdən yeni Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq. Xahiş edirəm, əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamınızı xahiş edirəm”.

    Qənirə Paşayeva Milli Məclisin sədri olacaq? - AÇIQLAMA (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər