"Sevirdim, əzab çəkirdim, yalvarırdım..."

  • SƏNƏT

  • Başına hava gəlir...

    "Sevgi hissi də vergidir. Hər insanda bu hiss olmur. Sevəndə əzab çəkirsən, dəli olursan Sevəndə dəli olursan, onsuz yaşaya bilmirsən. Beş gün ayrı düşəndə depressiyaya düşürsən, başına hava gəlir".

    Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Ona qalsa" verilişində deyib. Müğənni yaşadığı sevgidən bəhs edib.

    İsgəndərli sevdiyi şəxsə görə əzab çəkdiyini söyləyib:

    "İnsan əzab çəkəndə Allaha sığınır. Deyirdim, Allah kömək et, yaşaya bilmirəm. Allaha yalvarırdım ki, al məndən sevgi hissini. Səhərə qədər yalvarırdım ki, sən verdin bu hissi, indi yox et, rahat yaşayım. İndi sevgimi Allaha, övladlarıma vermişəm. Sevgilim Allah, balalarım, məni sevənlərdir. Onlar məni incitmir. Elə xoş söz deyir ki, xoşbəxt oluram.

    Amma bir nəfər sənə elə zülm edir ki... Kiminsə dərdindən dəli olmalısan, həyatını ona qurban etməlisən? Bunları yaşadım, Allaha yalvardım. İndi sevgisiz xoşbəxtəm. Kiminsə dərdindən ölmürəm, ağlamıram. Dəyməz bir şəxs üçün yaşayım. İnsan zəif məxluqdur, özü ilə bacara bilmir".(axşam.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər