Elşad Barat Ümid Partiyasının Mətbuat Xidmətinin rəhbəri təyin olundu

Elşad Barat Ümid Partiyasının Mətbuat Xidmətinin rəhbəri təyin olundu
  • Cəmiyyət

  • Bu gün Ümid Partiyasında yeni təyinat olub.

    Asiya.az xəbər verir ki, tanınmış jurnalist Elşad Barat partiyanın mətbuat xidmətinin rəhbəri təyin edilib.

    Qeyd edək ki, Elşad Barat 1988-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetində bakalavr, Naxçıvan Dövlət Universitetində magistr təhsili alıb. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Azərbaycan Milli Elmlər Akademiyasında mühəndis, elmi işçi, orta məktəbdə müəllim işləyib.

    2006-cı ildən jurnalistika fəaliyyətinə başlayıb. Müxtəlif sayt və qəzetlərdə çalışıb. Naxçıvan Dövlət Televiziya və Radio verlişləri Komitəsində Xəbərlər proqramının aparıcısı olub.
    Hazırda TəhsilPress.az saytının baş redaktorudur.
    Kiçik hekayələr və şeirlər yazır. Üç kitabı işıq üzü görüb. Prezident təqaüdçüsüdür.
    Ailəlidir, üç övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər