“SAB” kolbasasından qayka çıxdı - FOTO

“SAB” kolbasasından qayka çıxdı - FOTO
  • Sosial / Araşdırma / Manşet

  • Rəsmiyyə Hüseynova adlı Facebook istifadəçisinin yazdığına görə uşaqlarının istəyi ilə aldığı “SAB” Səyyah kolbasasını kəsdiyi zaman içərisindən çıxan qayka onu dəhşətə gətirib.

    Asiya.az xəbər verir ki, bu barədə o öz profilində paylaşım edib. Bu cür hal sosial şəbəkə istifadəçilərinin də kəskin reaksiyasına səbəb olub və istifadəçilər çoxlu tənqidi şərhlər yazıblar. Onlardan bəziləri “SAB” kolbasasını alarkən oxşar hallarla rastlaşdıqlarını bildiriblər. Uşaqlar üçün də çox alınan “SAB” kolbasasının içindən dəmir əşya çıxması bu şirkətin daimi alıcılarında şirkətə qarşı olan inamı azaldır.


    Qeyd edək ki, halal məhsul kimi reklam olunan “SAB” kolbasa məmulatları adətən bahalı olması və neqativ halların tez-tez müşahidə olunması ilə tanınır. Görəsən “SAB” şirkəti reklamlarının birində bəyan etdikləri kimi müştərinin rastlaşdığını həqiqətən özlərinə rəva bilərlər?!

    Qarşı tərəfi də dinləməyə hazırıq.

    Asiya.az


    “SAB” kolbasasından qayka çıxdı - FOTO
    “SAB” kolbasasından qayka çıxdı - FOTO
    “SAB” kolbasasından qayka çıxdı - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər