Nadir Qafarzadənin evində “Vağzalı” çalınacaq- FOTO/VİDEO

Nadir Qafarzadənin evində “Vağzalı” çalınacaq- FOTO/VİDEO
  • Mədəniyyət

  • Müğənni Nadir Qafarzadənin evində “Vağzalı” çalınacaq.

    Asiya.az
    xəbər verir, sənətçi təhsilini İsveçrənin Cenevrə şəhərində alan böyük oğlu Loğmanı evləndirmək niyyətindədir.

    O, “Xəzər” TV-də yayımlanan “Evdəkilərə Salam” proqramında qonaq olarkən oğluna qız tapdığını deyib:

    “Qız məktəbdə oxuyur. Atası diplomatdır. Ailəsi Əlcəzairdə, bir müddət isə Los-Anceles şəhərində yaşayıb. İndi də dörd illik Fransaya gediblər. Kübar ailədir. Övladları da çox gözəldir. İstəyirəm ki, oğlumu tezliklə evləndirim, ailəmizdə körpə dünyaya gəlsin. 49 yaşım tamam oldu. Həm qayınata, həm də baba olmaq vaxtıdır”.

    Qeyd edək ki, müğənni N.Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün bu nikahdan Loğman və Əziz adlı iki övladı var.

    Nadir Qafarzadənin evində “Vağzalı” çalınacaq- FOTO/VİDEO
    Nadir Qafarzadənin evində “Vağzalı” çalınacaq- FOTO/VİDEO

    PAYLAŞ:

    Oxşar xəbərlər