Onlar böyük mirasdan məhrum ediliblər - Siyahı

Onlar böyük mirasdan məhrum ediliblər - Siyahı
  • Maraqlı, İQTİSADİYYAT, Manşet

  • 15 milyarderin övladı böyük mirasdan məhrum edilib...

    Əksər valideynlər uşaqlarına böyük məbləğdə pul vermirlər. Bir çox milyarderin fikrincə, uşaqlar öz səyləri, tərləri və qanları ilə həyatda uğur qazanmalıdırlar. Hazır olan hər şeydən istifadə etmək və qazana bilməmələri onların xarakterlərini korlayır. Məsələn, Qərbdə varlı insanların nəsilləri biraz qazanmaq üçün yanacaqdoldurma məntəqələrində işləyirlər. Bəs, öz uşaqlarına böyük miras saxlamaq istəməyən milyarderlər kimlərdir?

    Asiya.az həmin milyarderlərini siyahısını təqdim edir:

    Bill Qeyts

    Planetin ən varlı adamlarından biri, “Microsoft” şirkətinin yaradıcısıdır. O, varidatının 50 faizini xeyriyyə təşkilatlarının hesabına keçirmək qərarına gəlib. Uşaqlarının (Qeytsin 3 övladı var) hərəsinə yalnız 10 milyon dollar çatacaq. Bu, kiçik bir məbləğdir.

    Billin sözlərinə görə, uşaqlar həyatda uğura özləri nail olmalıdır.

    “Microsoft” rəhbərinin varidatı 59 milyard dollardır.

    Uorren Baffett


    82 yaşlı oliqarx var-dövlətinin 89 faizini ehtiyacı olanlara vermək qərarına gəlib. Qalanı onun nəslinə çatacaq.

    Uorrenin fikrincə, uşaqları edə biləcəkləri hər şey üçün lazım olan qədər pul alsalar, bəsləridir. Amma heç bir şey etməmək üçün kifayət deyil.

    Yeri gəlmişkən, Baffet varlı bir milyarder üçün səciyyəvi olmayan vergilərin müzakirə mövzusu ilə məşhur olmuşdu. O bəyan edib ki, Amerika hökuməti varlı insanlardan daha çox pul götürməlidir.

    Ekspertlərin fikrincə, Uorren bəşəriyyət tarixində xeyriyyə fonduna pul verən ən səxavətli insan kimi tanınıb.

    Dunkan Bennatayn

    Şotlandiya xeyriyyəçisi və investor xeyriyyəçilik üçün böyük pul verir. Eyni zamanda, yeganə qızının siqaret çəkdiyini gördüyü üçün mirassız saxlayır. Maqnatın fikrincə, bu, ailəsinin itaətsizliyinə və mənəvi qaydalara əməl etməsinə ciddi şəkildə təsir göstərəcək.

    Aaron Spellinq

    0,5 milyard dollar var-dövləti olan tanınmış prodüser qızının “NoTORIous” teleşousunda iştirakına görə qəzəblənib. O, kin saxlayır və uzun müddət susur. Nəticədə o, dünyadan köçəndən sonra qızı öyrənir ki, varis kimi ona cəmi 800 min dollar qalıb.

    Stinq

    Dünyanın ən varlı musiqiçilərindən biridir. Britaniyalı musiqiçi KİV-ə açıqlamasında deyib ki, altı övladı (4 qız və 2 oğul) üçün bir miras buraxmaq niyyətində deyil.

    Müğənninin sözlərinə görə, övladları üçün miras onlara ağır yük ola bilər. Onun ifaçı kimi, kifayət qədər maliyyə öhdəlikləri və pul xərcləri var. Dünyadan köçdükdən sonra varislərlə bölüşəcək sadəcə bir şeyi olmayacaq.

    Yudjin Lanq

    50 milyon dollar sərvəti olan “Bir xəyalım var” fondunun sponsoru və maqnat artıq yoxsul ailələrdən olan bir çox uşağa layiqli təhsil verib. Lanqın doğma övladları isə fonddan ayrılan pul hesabına kolleclərdə oxuyublar.

    Yudjinin fikrincə, bu, o qədər də böyük məbləğ deyil, lakin başlanğıc və karyera qurmaq üçün onlara kifayətdir.

    Lanq övladlarına ümumiyyətlə, nəsə saxlamağa hazırlaşmır.

    Maykl Blumberq


    Nyu-Yorkun meri xəbər verib ki, iki böyük qızına çox az şey saxlayacaq. Sərvətinin əsas hissəsini “Hədiyyə nəziri” çərçivəsində xeyriyyəçilik üçün bağışlayacaq.

    Yu Penyan

    Çinli maqnat 500 milyon dollarını öz fonduna verəcək. Uşaqlarının səriştəsinin və pula ehtiyacının olmadığını hesab edir. Əgər bütün sərvətini saxlayarsa, onda uşaqlarına düzəlməz zərər verə bilər.

    Cin Simmons

    KISS qrupunun keçmiş bas-gitaraçısı, rok-ulduz hesab edir ki, uşaqları onun pulu ilə xoşbəxt olmayacaqlar. Bəli, onların miras tələb etmək hüququ yoxdur. Cəsarətli ata özü həyatda yol açıb, hər səhər qalxıb ağır işə gedib.

    Musiqiçi kapitalını və 300 milyon dollar məbləğində qonorarın hara qoyulması və ya köçürülməsi barədə qərar verib.

    Elton Con

    Britaniyalı musiqiçi jurnalistlərə deyib ki, çoxsaylı milyonlarla dollarlıq miras ilə 2 azyaşlı övladının həyatını məhv etmək istəmir. O, özündən sonra heç bir şeyi geridə qoymamaq qərarına gəlib, uşaqlarını əməksevər böyütmək və özlərinin pul qazanmasını öyrətmək istəyir.

    Əfsanəvi musiqiçinin sərvəti 200 milyon funt sterlinq qiymətləndirilir.

    Bernard Markus


    Amerikadan olan iş adamı də öz övladlarını çox miqdarda mirasdan məhrum etmək istəyir. Markus pulunu onların yaratdığı xeyriyyə fonduna köçürür. Tikinti materialları ticarəti ilə varlanan iş adamının sərvəti 2 milyard dollardan çoxdur.

    Uilyam Barron Hilton

    Yer kürəsinin demək olar ki, hər bir sakini “Hilton” otellər şəbəkəsi haqqında məlumatlıdır. Həmin şəbəkənin sahibi olan Uilyam Barron Hilton öz ailəsinə sərvətinin 3 faizini saxlayır. Və bu payı 8 övladına bölməyə söz verib. Sərvətinin 97 faizini ConradN. Hilton Foundation xeyriyyə təşkilatına bağışlayacaq.

    Ceki Çan

    Döyüş sənətinin əfsanəsi hesab edir ki, böyük oğlu Jessinin pul qazanacağına inanır. Aktyor övladını mirasdan məhrum edir, qazandığı milyonları isə xeyriyyə təşkilatına verir.

    Anita Roddik

    “Body Shop” kosmetika mağazaları şəbəkəsinin sahibi, britaniyalı biznes-vumen hesab edir ki, uşaqlara pul saxlamaq ədəbsizlikdir. Onun iki qızı ictimaiyyət qarşısında bu fikri dəstəkləyib. Onlar analarının qazandığı 51 milyon funt sterlinqdən məhrum olublar.

    Ted Tyerner

    Bütün sutka boyu fəaliyyət göstərən CNN kanalının yaradıcısı, Amerikanın media maqnatı qazandığı milyardları “United Nations Foundation” xeyriyyə fonduna köçürəcək. İki övladına heç nə saxlamayacaq.

    Media maqnatın fikrincə, əgər uşaqlar yaxşı tərbiyə olunarsa, özləri karyera qura bilərlər. (Reyting.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər