Bakıda dəhşətli qətl- VİDEO

Bakıda dəhşətli qətl- VİDEO
  • Hadisə / Asiya TV

  • 2018-ci il iyulun 29-da Bəhruz Nuriyev küçəsindəki 5 mərtəbəli binanın 1-ci girişində əlləri, sifəti, paltarları qana bulaşmış, oturaq və hərəkətsiz vəziyyətdə kişi meyiti tapılıb.

    Asiya.az
    baku.tv-yə istinadən xəbər verir ki, şalvarının cibindən bıçaq, 17 manat nəğd pul, sol qolunda saat aşkar edilib.

    Cəsədin tapıldığı yerdən Naxçıvanski küçəsi ilə kəsişmədəki parka qədər olan yolda, həmçinin parkın içərisindəki tamet döşəmələrin üzərində qan ləkələri müəyyən edilib.

    Parkdan bir qədər aralıda isə 99-FO-334 dövlət qeydiyyat nişanlı "Daewoo Centra" markalı avtomobil, salonunda isə mərhum Fikrət Salmanova məxsus şəxsiyyət vəsiqəsi tapılıb.

    Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Fikrət Salmanovun ölümünə - sol qoltuqaltı arteriyanın zədələnməsi nəticəsində inkişaf edən kəskin qanitirmə səbəb olub.

    Cinayəti törətməkdə şübhəli bilinən Bəxtiyar Əhmədov avqustun 5-də tutulub. İstintaqla müəyyən edilib ki, iyulun 29-na keçən gecə Bəxtiyar Əhmədov tanışı Fikrət Salmanovla spirtli içki və mənşəyi bilinməyən narkotik vasitə qəbul ediblər.

    Səhər saat 4 radələrində sərxoş vəziyyətdə Fikrət avtomobili idarə edərkən, Bəxtiyara deyib ki, polis əməkdaşları maşını saxlasalar, salonda olan Rəfiqə Məmmədovanı öz həyat yoldaşı kimi təqdim etsin.

    Bu təklifi təhqir kimi qəbul edən Bəxtiyar Fikrətlə mübahisə etməyə başlayıb, maşını istirahət parkının kənarında saxlamağı tələb edib.

    Fikrət nalayiq ifadələr işlətdikdə Bəxtiyar üzərində gəzdirdiyi bıçaqla tanışına bir zərbə endirib. Yaralanan Fikrət hadisə yerindən qaçıb.

    Yaxınlıqda yerləşən bina sakinlərinin ona yardım göstərməsi üçün binaların birinin girişinə daxil olub və orada aldığı xəsarətdən ölüb.

    Bəxtiyar Əhmədov bildirib ki, iyulun 28-i saat 22 radələrində 15 ildir dostluq etdiyi Fikrətə zəng edib. Harada olduğunu soruşanda, Fikrət kafedə olduğunu deyib.

    Bəxtiyar kafeyə gəldikdə Fikrətin İlahə adlı sevgilisi və Natiq adlı kafenin icarədarı ilə masa arxasında əyləşib, araq içdiklərini görüb.
    Birlikdə spirtli içki qəbul edəndən sonra, siqaret bükümünün içərisinə doldurulan marixuana çəkiblər.

    Kafedən çıxandan sonra, Bəxtiyar Fikrətə ayıq sürücü çağırmasını bildirsə də, dostu etiraz edərək sükan arxasındа əyləşir.

    Özü onun yanında, İlahə isə arxa oturacaqda əyləşir. Bəxtiyar yolda polislər saxlasa nə edəcəyini soruşanda Fikrət narahat olmamağı, İlahəni göstərərək “arxadakı arvadın olar” sözlərini deyir.

    Bəxtiyara bu söz pis təsir edir. 8-ci km qəsəbəsində, Bəhruz Nuriyev və Naxçıvanski küçələrinin kəsişməsi ilə hərəkət edərkən Fikrətdən avtomobili saxlamasını xahiş edir.

    İlahə söhbəti eşitməsin deyə maşından düşüb parka daxil olurlar. Həmin sözü nə məqsədlə dediyini soruşanda, Fikrət ona «İlahənin sənin arvadından nəyi pisdir ki?" sözlərini deyir və qəzəbli şəkildə sağ əlindəki bıçaqla ona tərəf gəlir.

    Bəxtiyar geri çəkilərək həmişə üzərində gəzdirdiyi qatlanan bıçağı çıxarır və Fikrətə zərbə atır. Zərbə nəticəsində Fikrətin sol çiyin nahiyəsindən qan gəlməyə başlayır və parkın əks istiqamətində qaçır.

    Bəxtiyar qayıdıb, avtomobilin sükanı arxasına əyləşdikdə İlahəyə Fikrətin işi çıxdığına görə getdiyini bildirir. Maşını yoldan kənarda saxlayır və İlahəni taksi ilə yola salır.

    Səhər saat 6 radələrində yaşadığı evə gedən Bəxtiyar yoldaşı Günel Əhmədovaya Fikrəti bıçaqla vurduğunu deyir və yatır.

    Saat 16 radələrində isə Hüseyn adlı tanışı zəng edib Fikrətin öldüyünü xəbər verəndə Bəxtiyar evdən çıxıb, bir neçə gün küçələrdə gecələyir. Avqustun 5-də 24-cü Polis Şöbəsinə gedib təslim olur.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Əhmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər