İcra başçısı rüşvət alarkən tutuldu - DTX-nin əməliyyatı

İcra başçısı rüşvət alarkən tutuldu - DTX-nin əməliyyatı
  • Cəmiyyət / Manşet

  • Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala İcra hakimiyyətinin binasına daxil olub.

    Asiya.az
    xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib. Neftçalanın İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub. Bir müddət əvvəl binaya xüsusi təyinatlı dörd cip gəlib.

    Qeyd edək ki, Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.

    İcra başçısı rüşvət alarkən tutuldu - DTX-nin əməliyyatı
    PAYLAŞ:

    Oxşar xəbərlər