Saxlanılan icra başçısının övladları: Böyük oğlu biznesmendir, kiçiyi isə...

Saxlanılan icra başçısının övladları: Böyük oğlu biznesmendir, kiçiyi isə...
  • Cəmiyyət / Manşet

  • Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi əməliyyat keçirərək, Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyevi saxlaması barədə informasiya yayılıb.

    Hələlik baş verənlərlə bağlı rəsmi açıqlama verilməsə də, icra başçısının rüşvət aldığına görə saxlanması barədə məlumatlar mətbuatda geniş rezonans doğurub.

    Asiya.az sfera.az-a istinadən gündəm mövzusu olan icra başçısı və övladları ilə bağlı bəzi maraqlı məlumatları təqdim edir.

    İcra başçısının böyük oğlu İsmət Vəliyev Türkiyədə biznes fəaliyyəti ilə məşğuldur. İstanbulda yaşayan iş adamı – İsmət Vəliyevin geniş imkanlara malik olduğu bildirilir.

    İcra başçısının digər oğlu Məhərrəm Vəliyev isə Azərbaycanda yaşayır və Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutur.
    PAYLAŞ:

    Oxşar xəbərlər