Türklərə dəhşətli hücum - Çox sayda ölü və yaralı var

Türklərə dəhşətli hücum - Çox sayda ölü və yaralı var
  • Dünya / Asiya TV

  • Almaniyanın Hanau şəhərində 2 kafeyə silahlı hücum olub.

    Asiya.az
    xəbər verir ki, Nargilə qəlyan kafesinə naməlum şəxslər tərəfindən odlu silahla təşkil edilən hücum nəticəsində 8 nəfər dünyasını dəyişib. Çox sayda yaralı var.

    Cənubi Hessen Baş Polisindən verilən açıqlamaya görə, hadisə yerli vaxtla saat 22:00 radələrində olub.

    Şübhəli şəxslərin 2 nəfər olduğu bildirilir.

    “Assoşieyted Press” agentliyinin məlumatına görə, qəlyan kafelərinə hücum nəticəsində ölənlərin sayı 9-a çatıb. 4 yaralı var.

    Şübhəlilərdən biri evində ölü tapılıb. Onun yanında daha bir cəsəd olub.

    Agentlik bildirir ki, hücuma məruz qalan kafelərdən biri türklərə məxsusdur. Dünyasını dəyişən 9 nəfərdən 5-inin türk olduğu iddia edilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər