Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası - VİDEO

Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası - VİDEO
  • Cəmiyyət / Asiya TV

  • Fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası keçirilib.

    Asiya.az xəbər verir ki, hakim növbəti məhkəmə iclasını fevralın 24-nə təyin edib. Açıq olacağı qeyd edilən məhkəmə prosesindən hüquq müdafiəçiləri və KİV nümayəndələri uzaqlaşdırılıb. Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs edilib. İstintaqı Dövlət Təhlükəsizlik Xidməti aparır. Ötən il dekabrda ona qarşı Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə daha bir ittiham irəli sürülüb. Aslanov özünü təqsirli bilmir və güc qurumlarında korrupsiya haqqında tənqidi nəşrlərinə görə təqib olunduğunu bildirir. Həyat yoldaşının sözlərinə görə, bir sıra media nümayəndələri və fəallar həyat yoldaşına qarşı "yalan ifadələr" veriblər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Aslanovun cinayət təqibinə məruz qoyulmasını pisləyib.

    PAYLAŞ:

    Oxşar xəbərlər