İranlı həkim: “Koronavirusdan ölənlərin sayı daha çoxdur”

İranlı həkim: “Koronavirusdan ölənlərin sayı daha çoxdur”
  • Dünya

  • Çindən sonra koronavirusun ən çox yayıldığı ölkə İran oldu. Qonşu ölkədə ölənlərin sayının 9-a çatdığı bildirilir.

    Asiya.az
    xəbər verir ki, İranın səhiyyə naziri Səid Nəməki 5 nəfərin virusdan həyatını itirməsini etiraf edib. Alternativ media isə faciənin miqyasının daha böyük olduğunu bildirir. İranda azı 750 nəfərin virusa yoluxma şübhəsiylə xəstəxanalara yerləşdirildiyi xəbər verilir.

    Qonşu ölkədə xəstəliyin Qum şəhərindən yayıldığı ehtimal olunur. “Twitter”də buradakı Kamkar xəstəxanasında işləyən həkim Əlavinin səsi yayılıb. O, yaxınlarından birinə xəstəxanada 20 nəfərin öldüyünü söyləyir. Həkimin sözlərinə görə, virusa yoluxduğu hesab edilənlər paytaxt Tehrana göndəriləcək.

    İraq İranla sərhədlərini bağlayıb. Küveyt bura bütün təyyarə reyslərini dayandırıb. İran bütün təyyarələrində dezinfeksiya işləri aparır.

    Bu gün gündüz saatlarında Kanadaya uçan 30 yaşlı iranlı qadında koronavirus aşkarlanıb. Şimali Amerika dövləti qadını xəstəxanaya yerləşdirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər