Sərdar Babayev azadlığa çıxıb

Sərdar Babayev azadlığa çıxıb
  • Sosial

  • Dindar Sərdar Akif oğlu Babayev (Şeyx Sərdar Hacıhəsənli) azadlığa çıxıb.

    Asiya.az
    xəbər verir ki, o cəza müddəti başa çatdığı üçün azadlığa buraxılıb.

    Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli "maide.az" saytının baş redaktoru olub. O, 2017-ci il fevralın 22-də həbs olunub.

    Onun barəsində Cinayət Məcəlləsinin 168.1.3 maddəsi ilə (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ittihamı irəli sürülüb.

    Masallı rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər