Belə ki, Ruslan Abbasov icra başçısından pambıq əkmək üçün iki hektar əkin yeri istəmiş və üstündən bir il kecməsinə baxmayaraq Müstəqim Məmmədov ona əkin yeri ayırmayıb. Son görüşündə Tərtər İcra başçısının ona cavabı belə olmuşdur ki, “gedib döyüşmüsən,yaralanmısan və pulunu da Dövlət verir”
Müstəqim Məmmədov qaziyə “Get özünə iş tap” deyərək hətta kabinetində ona əyləşməyi belə təklif etməmişdir. Onu da qeyd etmək lazımdır ki,Ruslan Abbasovun atası Xəyyam Abbasov 1992-1994 -cü ilin Qarabağ Müharibəsində iştirak etmişdir. Oğlu Ruslan Abbasov isə Aprel döyüşlərində kəşfiyyatda olmuş,igidliyi ilə fərqlənmiş və başından ağır güllə yarası almışdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Asiya.az