Bu məntəqələrin nəticələri ləğv olundu

Bu məntəqələrin nəticələri ləğv olundu
  • Siyasət

  • Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Əflan İbrahimovun müraciətinə baxılıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.
    İ. Şahbazov bildirib ki, araşdırma nəticəsində 9 seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

    MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.

    ***


    Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 110 saylı Zaqatala Seçki dairəsindən Nurlana Cəlil və Fariz Həsənlinin müraciətinə baxılıb.

    Bu barədə MSK üzvü Bəxşeyş Əsgərov məlumat verib.
    B. Əsgərov bildirib ki, müraciətlər eyni məzmunda olduğundan bir icraatda birləşdirilib: “Araşdırma nəticəsində yalnız 1 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar aşkarlanıb. 26 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edirəm”.

    MSK sədrinin müavini Rövzət Qasımov isə təklif edib ki, həmin dairə üzrə 24 saylı seçki məntəqəsində də seçki günü qanun pozuntuları aşkarlanıb: “Ona görə də təklif edirəm ki, həmin məntəqədə də səsvermənin nəticələri etibarsız sayılsın”.

    MSK müraciəti müzakirəyə çıxarıb və 24 və 26 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.

    ***

    Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Nurlan Abbaszadə, Mirhəsən Cabbarov və Toğrul İsgəndərlinin baxılıb.


    Bu barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.
    T. Həsənov bildirib ki, araşdırma nəticəsində həmin dairənin 4 və 6 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib:

    “Təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

    MSK müraciəti müzakirəyə çıxarıb və 4 və 6 saylı seçki mıəntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər