Kürdəmirin icra başçısı həbs oluna bilər

Kürdəmirin icra başçısı həbs oluna bilər
  • Siyasət / Araşdırma / Manşet

  • Ağstafa, Yevlax və nəhayət Neftçala icra başılarının həbsindən sonra Ceyhun Cəfərov da həbs oluna bilər...

    Asiya.az
    Azerinfo.az-ya istinadən bildirir ki, əslində Kürdəmir icra başçının fəaliyyəti Eldar Mahmudov dönəmi bitdikdən sonra diqqət cəlb etmişdi.

    Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun rolu MTN şəbəkəsinə qolu Çovdarovla məhdudlaşmırdı. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, həbsdə olan Vidadi Zeynalovun Ceyhun Cəfərova ciddi dəstəyi olub. Elə o zamandan V.Zeynalovun həbsi eyni onun yaxın qohumu Ceyhun Cəfərovun işlərini dolaşığa salmışdı. Xatırladaq ki, V.Zeynalov Kürdəmirin icra başçısı Ceyhun Cəfərovla yeznə-qayındır və aparat rəhbərinin icra başçısı ilə ortaq biznesinin olduğu da iddia olunur. Daxil olan məlumata görə, V.Zeynalovun saxlanmasından bir neçə saat sonra Kürdəmir RİH başçısı Ceyhun Cəfərov da Prezident Administrasiyasına çağırılmışdı. 517 cildlik cinayət işi, 205 şahidi olan Vidadi Zeynalov rəsmi olaraq dövlətin 8 milyon manatını mənimsəməkdə ittiham olunurdu. Əldə etdiyimiz məlumata görə, sabiq aparat rəhbərinin cinayət işində şahid qismində tanınanlardan biri də Ceyhun Cəfərov idi.

    Ceyhun Cəfərov Kürdəmir rayon İcra Hakimiyyətinin hesabat yığıncağında Eldar Mahmudov haqqında sərt ifadələr işlətmişdi. Hələ o zaman Kürdəmirin icra başçısının bu sərt çıxışı onun özünü sığortalamaq məqsədi daşıdığı hamıya aydın idi. Hadisələrin sonrakı gedişatı göstərdi ki, rəsmi dövlət tədbirinə aidiyyatı olmayan bu çıxışıyla "qaş düzəltmək” istəyən Ceyhun Cəfərov əslində "göz töküb”.

    Ancaq o zaman Cəfərov bu işlərdən quru çıxdı.

    İndi isə vəziyyət ayrıdır. Real həbs təhlükəsi.Bildirilir ki, rayonda ictima – siyasi, sosial vəziyyəti ağır günlərə salan Ceyhun Cəfərov başını itirib. Vəzifədən tarixin arxivinə və ya həbisə düşə biləcəyini bilən rayon rəhbəri, yeznəsi Vidadi Zeynalovun aqibətini yaşamamaq üçün obyektlərini sataraq, ölkədən qaçmaq istəyir.

    Kürdəmirdə və Yasamalda iri obyektlərin sahibi olan icra başçısının belə tələskənliyi və qorxusu səbəbsiz deyil. Çünki, icra başçı 90 faiz ilin sonuna qədər vəzifəsi ilə vidalaşacağı deyilir.

    İcra başçısı ilə bağlı yuxarıların hərəkətə keçməsi C. Cəfərovun işinə xəyanətindən irəli gəlmdiyi bildirirlir, Ceyhun Cəfərov vaxtınilə H, Əliyevin büstünə hörmətsizliyi, vahabilərlə işbirliyi, işçilərindən külli-miqdarda rüşvət alıb onların dünyasını dəyişməsinə səbəbkar oliqarx məmur hesab edilir. C. Cəfərov icra başçısı təyin olunduğu vaxtdan etibarən mətbuatda ancaq neqativ əməlləri ilə gündəmə gəlib. Onun qanunsuz əməlləri, törətdiyi özbaşınalıqlar haqda qəzetlərdə, saytlarda çoxlu sayda yazılara rast gəlmək mümkündür. Hətta deyilənlərə görə, Ceyhun Cəfərov Kürdəmirin tarixini ən tamahkar icra başçısı kimi adını yazdırıb.

    Mənbənin dediyinə görə, bütün bunlar onu göstərir ki, mümkün qədər vəsait toplayıb ölkəni tərk etməkdə Ceyhun Cəfərov həmişəkindən daha çox israrlıdır və o bunu ağına–bozuna baxmadan edir. Çünki icra başçısı başa düşüb ki, vaxtı itirmək olmaz, əvvəl -axır onu yaxın qohumu Vidadi Zeynalovun aqibəti gözləyir.

    Başının üstünü artıq qara buludlar alan Ceyhun Cəfərov işdən çıxarılaraq, həbs olunmaq təhlükəsi altında daima həyacanda qalmaqdansa, qaçıb getməyə üstünlük verməsi, yuxarıların nəzarətində olduğu da bildirilir. Yəni mal- mülkün təcili satışa çıxaran icra başçısının artıq qaçmağa yeri olmayacağı kəsindir…

    Qarşı tərəfidə dinləməyə hazırıq.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər