“Allah millətimə heç səbr verməsin” - Mübariz Mənsimovdan Xocalı paylaşımı

“Allah millətimə heç səbr verməsin” - Mübariz Mənsimovdan Xocalı paylaşımı
  • Cəmiyyət / Manşet

  • Azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov bu gün Xocalı Soyqırımı ilə əlaqədar paylaşım edib.

    Asiya.az xəbər verir ki, özünün Facebook hesabında bu barədə yazan Mənsimov qeyd edib ki, 28 ildir fevralın 25-dən 26-na keçən gecəsində yuxusu ərşə çəkilir.

    O yazır: “Düz 28 ildir ki, fevralın 25-dən 26-na keçən gecə yuxum ərşə çəkilir. O səsləri eşitməmişəm, ancaq hər bir bacının, hər bir ananın, hər bir məsum uşağın, günahsız qoca və qarının hayqırtısı beynimi zəbt edir. Onlar məni Xocalıya çağırır. Mən bilirəm ki, bu gecə Xocalıda Onların ruhları dolaşır. Günahsız güllələnmiş ana-bacılarımızın, qız-gəlinlərimizin, qardaş və oğullarımızın, ata-babalarımızın ruhları... Sizin qisasınızı almaq, mən də daxil olmaqla, hər bir Azərbaycan türkünün müqəddəs borcudur. Sizin qanınız yerdə qalmayacaq! Allah Xocalı Şəhidlərinə rəhmət eləsin. Allah millətimə heç səbr verməsin”.

    “Allah millətimə heç səbr verməsin” - Mübariz Mənsimovdan Xocalı paylaşımı
    PAYLAŞ:

    Oxşar xəbərlər