Bakı qorxu dolu anlar: Marketdən oğurluq edib qaçarkən, ətrafdakılara bıçaqla hücum etdi - VİDEO

Bakı qorxu dolu anlar: Marketdən oğurluq edib qaçarkən, ətrafdakılara bıçaqla hücum etdi - VİDEO
  • Hadisə

  • Bakıda kişi bıçaqla şəhər sakinlərinə hücum edib.

    Bununla bağlı Oxu.Az videogörüntülər əldə edib.

    Məsələ barədə Bakı Şəhər Baş Polis İdarəsi (BPİ) ilə əlaqə saxladıq.

    Bakı Şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən marketlərin birindən oğurluğa cəhd edən şəxs tərəfindən törədilib:

    "Onun hərəkətlərinin qarşısı satıcı tərəfindən alınarkən ona bıçaq xəsarəti yetirməklə, həmin ünvandan qaçmağa çalışıb. Ərazidə xidmətdə olan Yasamal Rayon Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşlarının çevik və operativ müdaxiləsi ilə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan, 1977-ci il təvəllüdlü Ramin Cavadov saxlanılaraq, 27-ci Polis Bölməsinə təhvil verilib”.

    E.Hacıyev qeyd edib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər