Koronovirus ABŞ-a da bulaşdı – İRANDA İSƏ DURUM VAHİMƏLİDİR

Koronovirus ABŞ-a da bulaşdı – İRANDA İSƏ DURUM VAHİMƏLİDİR
  • Dünya / Manşet

  • Dünyanı qorxu altına almış koronovirus xəstəliyi qısa müddətdə 30 ölkədə peyda olsa da, dayanmaq bilmir.

    Asiya.az xəbər verir ki, vəziyyət o qədər kritikdir ki, ən böyük və güclü dövlətlər də aciz durumda olduqlarını bəyan edirlər. Həmin dövlətlərin rəsmilərinin açıqlamalarına görə, bütün dünya ölkələri koronovirusa qarşı hücum hazırlığındadır, lakin bunun bacarıb, bacarmayacaqları məlum deyil. Bu əsnada, əsas mərkəzi Çin olan xəstəliyin öldürdüyü adamların sayı 2717 nəfərə çatıb. Çinin Vuhan şəhərində üzə çıxan və qısa müddətdə dünyaya yayılan virusun Çində ümumilikdə 80 min nəfərə yaxın insana bulaşdığı dəqiqləşib.

    ABŞ-da 53 nəfər virusa bulaşıb

    Qeyd edək ki, indiyə qədər Amerika qitəsində koronovirusa yoluxma halı qeyd edilməmişdi. Lakin bu statistikada artıq tarixdə qaldı. Çünki dünəndən etibarən virus ABŞ-a da çatıb. Və qısa müddət ərzində 53 nəfər bu xəstəliyə yoluxması şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

    ABŞ-ın Beynəlxalq Peyvənd və Ağ Ciyər Xəstəlikləri Mərkəzinin direktoru Nensi Messoner bəyan edib ki, hal hazırda vəziyyət elədir ki, bu virusun ölkədə yayılıb, yayılmayacağı deyil, nə zaman yayılacağı əsas sual kimi qoyulmalıdır. “ABŞ cəmiyyəti bu xəstəliyin ən pis verisiyasına hazırlanmalıdır. Mən öz ailəmdə oturub bunu danışdım”.

    ABŞ-ın səhiyyə naziri Aleks Azar bəyan edib ki, koronovirusdan qorunmaq üçün 300 milyon ədəd tibb maskasına ehtiyac var. O deyib ki, hazırda ölkədə cəmi 30 milyon ədəd tibbi maska var. “Koronovirus indiyə qədər bizim rastlaşmadığımız ən təhlükəli xəstəlikdir. Onu əhəmiyyətsiz bir şey kimi qəbul edə bilmərik. Ona görə də, indidən hazırlıqlara başlamalıyıq”.

    Rektor, iki deputat və mer də xəstəliyə tutuldu

    Bildirək ki, cənub qonşumuz İranda vəziyyət daha vahiməli şəkil alıb. JAMAZ.İNFO xəbər verir ki, ölkənin bir çox iri şəhərlərində peyda olan və indiyə qədər 16 nəfərin ölümünə bais olan koronovirusla mübarizə istənilən səviyyədə aparılmır. Belə ki, bu ölkənin səhiyyə nazirinin müavini və daha bir deputatın koronovirusa yoluxması faktı təsdiqləndikdən sonra cəmiyyətdə panika vaziyyəti yaranıb. İnsanlarda o əminlik yaranıb ki, xəstəlik artıq nəzarətdən çıxıb.

    JAMAZ.İNFO-ın bu gün əldə etdiyi məlumatda isə deyilir ki, İranda təkcə nazir müavini və deputat deyil, daha bir çox tanınmışlar da xəstəliyə yoluxublar. İlkin məlumatlara görə, dünən axşam saatlarında Qum Tibb Universitetinin rektoru, Tehran şəhərinin meri və müavini, habelə Tehran üzrə iki millət vəkili koronovirusa yoluxma səbəbi ilə xəstəxanalara yerləşdiriliblər.

    Baş verənlərdən əndişəli olan insanlar isə böyük şəhərləri tərk etməyə başlayıblar. Əsasən dağlıq ərazilərə üz tutan insanlar burada xəstəliyə tutulmayacaqlarını düşünürlər. Halbuki Səhiyyə Nazirliyi əhaliyə xəbərdarlıq edib ki, mümkün qədər evlərindən çıxmasınlar.

    Gələn son xəbərdə qeyd olunur ki, İranda aşağıdakı şəxslər koronovirusa yoluxublar:

    1.Ayətulla Musa Zəncani

    2.Parlamentin spikeri Mahmud Sedagi.

    3.Səhiyyə Nazirinin müavini İraj Harirçi.

    4.Millət vəkilləri Ali Ağazadeh

    5.Millət Vəkili Məhəmməd Əli Ramadani.

    6.Mohsen Konqarlı (Ronald Reyqanın sabiq müşaviri)

    7.Bağır Qaleybah Tehranın sabiq bələdiyyə başqanı.

    8.Qum tibb fakültəsi dekanı,Rza Qadiri.
    PAYLAŞ:

    Oxşar xəbərlər