Müxalifət ziyarətini saat neçəyə salıb?

Müxalifət ziyarətini saat neçəyə salıb?
  • Sosial / Manşet

  • AĞ Partiya başqanı Tural Abbaslı faciə qurbanlarını Qarabağ Komitəsi ilə birlikdə anacaqlarını söyləyib. O bildirib ki, AĞ Partiya olaraq belə günlərdə siyasi kimliklərini kənara qoyub, xalqdan biri kimi ziyarətlərini edirlər:

    “Belə günlərdə daxili siyasi rəqabətin tərkib hissəsi etməyin də qəti əleyhinəyik və bu günə qədər də etməmişik. Odur ki, biz Xocalı qurbanlarının əziz xatirəsini ayrıca partiya olaraq deyil, Qarabağ Komitəsinin bir üzvü, xalqın sadə nümayəndəsi kimi yad edəcəyik.

    AĞ Partiya başqanı Tural Abbaslı ile ilgili görsel sonucu
    Müxalifət ziyarətini saat neçəyə salıb?

    Həmin gün saat 12:00-da başlayan iclasını bitirib, saat 14:00-da ”Ana fəryadı" abidəsinin önünə gedəcəyik".

    KXCP-nin İdarə Heyətinin üzvü Xəzər Teyyublu söylədi ki, KXCP 26 fevral saat 14:00-da “Xətai” metro stansiyası yaxınlığında “Ana harayı” abidəsini ziyarət edəcək.

    Xəzər Teyyublu ile ilgili görsel sonucu
    Müxalifət ziyarətini saat neçəyə salıb?

    Bu barədə partiyanın idarə heyətinin müvafiq qərarı var.

    AMİP katibi Əli Orucov “Ana harayı”ni ziyarət edəcəklərini söyləyib. Bildirib ki, AMİP Xocalı soyqırımı abidəsini hər il ziyarət edir.

    Samir Əsədli ile ilgili görsel sonucu
    Müxalifət ziyarətini saat neçəyə salıb?

    VHP İcra Aparatının rəhbəri Samir Əsədli söyləyib ki, hər il olduğu kimi, partiya olaraq ayrıca ziyarət təşkil edəcəklər. Onlar saat 14:00-da “Ana harayı” abidəsini ziyarət edəcəklər.
    Müxalifət ziyarətini saat neçəyə salıb?

    Milli Şura və AXCP xocalı ile ilgili görsel sonucu

    Milli Şura və AXCP də Xocalı qətliamının qurbanlarını yad etmək üçün “Ana harayı” abidəsinin qarşısına gələcək. Üzvlərinin sosial şəbəkələrdəki elanlarına görə onlar da saat 14:00-da ziyarətlərini həyata keçirəcəklər.

    Əli RAİS
    PAYLAŞ:

    Oxşar xəbərlər