Azərbaycandan Gürcüstana keçən koronaviruslu xəstə suallar yaratdı...

Azərbaycandan Gürcüstana keçən koronaviruslu xəstə suallar yaratdı...
  • Sosial

  • "Koronavirusun Azərbaycanda olub-olmaması ilə bağlı ictimaiyyətə açıqlama verilməlidir”.

    Bu barədə Qaynarinfo-ya açıqlmasında tibbi-ekspert Adil Qeybulla Gürcüstanın İran-Azərbaycan sərhədini sərbəst keçə bilən və karantinə alınmayan koronaviruslu xəstə ilə bağlı bəyanatını şərh edərkən deyib.

    O bildirib ki, Gürcüstan tərəfin bu bəyanatı Azərbaycan sərhəd-keçid zonalarında nəzarətin hansı səviyyədə olduğunun göstəricisidir:

    "Bu bəyanat bir daha sübut etdi ki, ölkədə koronavirus yolxucu xəstəliyinə qarşı münasibətin göstəricisidir. Xəstəliyin başqa ölkələrdə yayılmasını eşidəndə bu məsələyə daha ciddi yanaşmalıydıq. Bu boyda məsələni qulaqardına vurmaq olmaq. Kütləvi insan təlafatı başlayarsa, virusun Azərbaycan daxilində geniş yayılması ölkədə daha acı nəticələrə gətirib cıxardacaq. Onun vaxtında qarşısının alınması və xəstəliyin yayılması ilə bağlı ictimayyətə açıqlama verilməlidir. Əks halda insanlar arasında panika baş verəcək, qorxu, həyəcan digər xəstəliklərə yol aça bilər. Bu xəstəliklə bağlı Ümümdünya Səhiyyə Təşkilatı hesabat hazırlayır. Bütün xəstələr qeydə alınır. Onsuz da təşkilat bu virusla bağlı hasabat açıqlayanda hər şey ortada olacaq”.

    Tibbi ekspert Rəşid Mahmudov da Səhiyyə Nazirliyinin məsələyə aydınlıq gətirməli olduğunu vurğulayıb:

    "Bu sual bir başa Səhiyyə Nazirliyinə aiddir. Azərbaycanda koronavirus xəstəliyi yoxdur. Xaricdən Azərbaycana gələn adamlar 14 gün karantində saxlanılır və həmin müddət başa çatandan sonra buraxılır. Qoy Gürcüstan tərəfi məsələyə aydınlıq gətirsin ki, bu məlumat hardan qaynaqlanıb”.
    Qeyd edək ki, İran və Rusiyadan sonra Gürcüstanda da koronavirus aşkarlanıb. Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze bu haqda məlumat verib. Nazir koronavirusa yoluxmuş şəxsin Azərbaycandan gəldiyini bildirib: "Həmin adam İrandan əvvəlcə bizim ölkəyə gəlib, Gürcüstana keçəndə sərhəddə virusa yoluxduğu müəyyənləşib. Maraqlıdır ki, xəstə İran-Azərbaycan sərhədini sərbəst keçə bilib və karantinə alınmayıb”.

    Azərbaycan Səhiyyə Nazirliyi isə məsələ ilə bağlı belə açıqlama verib:

    "Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilmiş və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib. Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq Astara gömrük–keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10-12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Belə ki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər. Göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir"
    PAYLAŞ:

    Oxşar xəbərlər