Kişi keçmiş arvadını qətlə yetirdi, sonra evi yandırdı - Azərbaycanda (YENİLƏNİB)

Kişi keçmiş arvadını qətlə yetirdi, sonra evi yandırdı - Azərbaycanda (YENİLƏNİB)
  • Manşet, Kriminal

  • Salyanda dəhşətli qətl...

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər tezdən Salyan şəhəri, Əliağa Kürçaylı küçəsində qeydə alınıb. Belə ki, Salyan şəhər sakini, 1962-ci il təvəllüdlü Hüseynov Ələkbər Fərhad oğlu keçmiş arvadı, 1970-ci il təvəllüdlü Hüseynova Nübubət Əlifağa qızıgilə gəlib.

    İlkin məlumata görə, darvaza bağlı olduğundan hasardan həyətə düşüb. O, həyətə girən zaman oğlu Fərhad Hüseynov evdə, keçmiş arvadı isə hamamın qarşısında olub. Ələkbər Hüseynov arvadını hamamın qarşısında qətlə yetirib. Əvvəlcə həyətdəki “Jiquli” markalı avtomobili yandıran Ələkbər Hüseynov fərdi yaşayış evinə od vuraraq hadisə yerindən uzaqlaşıb. Könüllü olaraq şöbəyə gələn Ələkbər Hüseynov polisə təslim olub.

    Qeyd edək ki, ər-arvad bir il bundan öncə rəsmi olaraq boşanıb. Hadisəyə mülk bölgüsünün səbəb olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Salyanda yanğın hadisəsi törədilib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə Əliağa Kürçaylı küçəsində qeydə alınıb.

    Belə ki, həmin küçədə yaşayan Nübubət adlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib. Qətli törədən şəxs sonradan qadının evini yandırıb. Hazırda yanğının baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər