Avropa Liqasında 1/8 finalın püşkü atıldı

Avropa Liqasında 1/8 finalın püşkü atıldı
  • İdman

  • Bu gün UEFA Avropa Liqasında 1/8 final cütləri müəyyənləşib

    Asiya.az
    offsideplus.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasiminə Bakı vaxtı ilə saat 16:00-da başlayıb

    1/8 final mərhələsinə yüksələn 15 klubun adı məlumdur. Son vəsiqənin sahibi "Ayntraxt"la "Zaltsburq" arasında təxirə salınmış cavab görüşündən sonra müəyyənləşəcək. Oyunun təxirə salınmasına pis hava şəraiti olub.

    1/8 final cütlərinin tərkibi kor püşk nəticəsində müəyyənləşib.

    1/8 final cütləri:

    "Başakşehir" (Türkiyə) - "Kopenhagen" (Danimarka)

    "Olimpiakos" (Yunanıstan) - "Vulverhempton" (İngiltərə)

    "Reyncers" (Şotlandiya) - "Bayer" (Leverkusen, Almaniya)

    "Volfsburq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

    "İnter" (İtaliya) - "Xetafe" (İspaniya)

    "Sevilya" (İspaniya) - "Roma" (İtaliya)

    "Ayntraxt" (Frankfurt, Almaniya) / "Zaltsburq" (Avstriya) cütünün qalibi - "Bazel" (İsveçrə)

    LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə)


    Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab görüşləri martın 19-da olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər