Koronovirusa görə məktəblər bağlana bilərmi? - Operativ Qərargahdan AÇIQLAMA

Koronovirusa görə məktəblər bağlana bilərmi? - Operativ Qərargahdan AÇIQLAMA
  • Cəmiyyət

  • "Virusun yayılma dairəsi genişlənərsə, məktəblərin bağlanması ilə bağlı qərar veriləcək".

    Asiya.az xəbər verir ki, bunu Operativ Qərargahın rəsmiləri brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən deyiblər:

    "Hazırda bununla bağlı məsələ qərargahda müzakirə olunmur. Çünki hələ xəstəliyin artması gözlənilmir. Biz çalışırıq xəstəliyi yerində lokallaşdıraq. Qeyd etmək lazımdır ki, koronavirusa yoluxan şəxs də bizim vətəndaş deyil. Çox güman ki, o sağalana qədər bizim ölkədə qalıb müalicəsini davam etdirəcək.

    Əgər xəstəlik yayılıb, geniş maştab alarsa, o zaman təbii ki, məktəblər və universitetlərin bağlanmasına qərar veriləcək. Lakin hələ ki, buna ehtiyac yoxdur".

    “Əgər biz İrandan ölkəmizə gələn vətəndaşları saxlamasaq, onlar ailələri üçün də təhlükə mənbəyi olacaqlar”.

    Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabinetinin yanında operativ qərargahın brifinqində deyib:

    “İran-Azərbaycan sərhədinin bağlanması bizim səlahiyyətimizdə deyil. Ancaq çalışırıq ki, insanlar sıx toplanmasın. Vətəndaşlaımız İrana gediş-gəlişi azaldaraq bizə də, özlərinə də kömək edə bilərlər”
    PAYLAŞ:

    Oxşar xəbərlər