Suriyada Türkiyə ordusuna hava zərbələri: həlak olanların sayı 33-ə çatdı

Suriyada Türkiyə ordusuna hava zərbələri: həlak olanların sayı 33-ə çatdı
  • Dünya / Manşet

  • Dünən fevralın 27-də axşam Suriyanın şimalında Türkiyə ordusunun hərbi konvoyuna güclü hava zərbələri endirilib...


    Dünən fevralın 27-də axşam Suriyanın şimalında Türkiyə ordusunun hərbi konvoyuna endirilən güclü hava zərbələri nəticəsində həlak olanların sayı 33-ə çatıb, daha 32 hərbçi isə yaralıdır. Bu rəqəmləri yaralıların və həlak olanların daşındığı Hatay vilayətinin valisi Rahmi Doğan jurnalistlərə açıqlayıb.

    Türkiyə tərəfi hava zərbələrinin Bəşər Əsəd rejimi, yaxud Rusiya tərəfindən endirildiyini dəqiqləşdirmir. Lakin xarici mənbələr hava zərbələrini Rusiya Hava Kosmik Qüvvələrinin endirdiyini bildirir. Bu, Türkiyə ordusunun Suriyada verdiyi ən ağır itkidir. Hava zərbələrindən sonra Türkiyənin dəstəklədiyi müxaliflər strateji əhəmiyyətli Serakib qəsəbəsindən geri çəkiliblər. Həmin qəsəbəni yaraqlılar dünən tutmuşdular.

    Hava zərbələri nəticəsində Türkiyə ordusunun 16 zirehli transportyor, tank və nəqliyyat vasitəsinin də sıradan çıxarıldığı bildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər