Rauf Arifoğlunun,İqbal Ağazadənin və Mehman Hüseynovun yeni rəqibi - Hadi Rəcəbli

Rauf Arifoğlunun,İqbal Ağazadənin və Mehman Hüseynovun yeni rəqibi - Hadi Rəcəbli
  • Siyasət / Manşet

  • V çağırış Milli Məclisin deputatı Hadi Rəcəblinin təkrar seçkilərdə iştirak edəcəyi gözlənilir...

    Asiya.az
    -ın xəbərinə görə, H.Rəcəblinin 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyini irəli sürəcəyi iddia olunur.

    Yayılan məlumatla əlaqədar deputatla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticə vermədi.

    Həmin seçki dairəsi üzrə əsas iddialılar sabiq deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və bloqer Mehman Hüseynovdur.

    H.Rəcəblinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar da həqiqətəuyğun deyil. Deputata yaxın olan şəxslər bildiriblər ki, onun səhhətində hər hansı problem yoxdur.

    Qeyd: Mərkəzi Seçki Komissiyası fevralın 13-də 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadi Rəcəbli), 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov), 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) nəticələrini ləğv edib. Həmin seçki dairələri üzrə bu ilin sonunda təkrar seçkilərin keçirilməsi gözlənilir.

    Xatırlatma: 1947-ci il təvəllüdlü H.Rəcəbli ilk dəfə 1985-ci ildə 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1990-cı ildə onu səlahiyyət müddəti bitib. 1995-ci ildə keçirilən seçkilərdə namizədliyini irəli sürüb, deputat seçilib, o, bir neçə seçkidə qalib olub, indiyədək səlahiyyətlidir. (Pravda.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər