Koronavirus: Azərbaycan İranla sərhədi bağladı

Koronavirus: Azərbaycan İranla sərhədi bağladı
  • Cəmiyyət / Manşet

  • Bu gün Azərbaycan koronavirusa görə İranla sərhədini bağladı.

    Asiya.az xəbbər verir ki, şənbə günü İrandan Azərbaycana qayıdan iki Azərbaycan vətəndaşında koronavirus aşkar edilib. Bununla da xəstələrin ümumi sayı 3-ə çatıb.

    "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunmuşdur", - şənbə günü yayımlanan Nazirlər Kabinetinin qərarında deyilir.

    Məlumata əsasən, Azərbaycanda olan İran vətəndaşlarının ölkədən çıxması və İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaqdır. "Zəruri hallarda, İran İslam Respublikası vətəndaşlarına humanitar əsaslarla vizaların rəsmiləşdirilməsi həyata keçiriləcəkdir".
    PAYLAŞ:

    Oxşar xəbərlər