İçərişəhərdə koronavirus təhlükəsi olan şəxsi belə apardılar - VİDEO

İçərişəhərdə koronavirus təhlükəsi olan şəxsi belə apardılar - VİDEO
  • Sosial / Asiya TV

  • Paytaxtın Səbail rayonunda maraqlı hadisə baş verib.

    Unikal.org-un əldə etdiyi məlumata görə, İstiqlaliyyət küçəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin yaxınlığında təcili tibbi yardım maşınından düşən xüsusi geyimli həkimlər həyacana səbəb olub.

    Belə ki, xüsusi geyimdə olan həkimlər əraziyə koronavirus şübəhi olan şəxsi yoxlamağa gəldikləri deyilir.

    Bu da görənlərin həyacanına səbəb olub.

    Bu video görüntüləri ətrafdaki şəxslər qeydə alıblar.

    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ilə bağlı mətbuatda yayılan və vətəndaşların müraciəti ilə daxil olan bütün məlumatları ciddi araşdırır və operativ reaksiya verir.

    Nazirlər Kabineti yanında operativ qərargahdan Unikal.org-a verilən məlumata görə, martın 1-də sosial şəbəkələrdə yayılmış və xüsusi geyimdə olan həkimlərin İçərişəhər metrostansiyası yaxınlığında görünməsini əks etdirən videomaterial, vətəndaşlar tərəfindən verilmiş məlumat əsasında, xəstəlik şübhəsi olan şəxsin nəzarət altına alınması zamanı çəkilib.

    Koronavirus şübhəsi ilə müşahidə altına alınan və ya xəstəlik şübhəsi ilə Təcili Tibbi Yardıma müraciət edən istənilən şəxs olduğu yerdən məhz bu xüsusi geyimlərdə olan həkimlər tərəfindən xəstəxanaya aparılır. Bu görüntülər şəhərdə yeni koronavirus xəstəsinin aşkar olunduğu demək deyil, profilaktik tədbirlərin tərkib hissəsidir.

    Ölkədə yeni koronavirus xəstəliyinə yoluxma faktı qeydə alınarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq.

    Bir daha vətəndaşlardan süni ajiotaj yaratmamağı və rəsmi mənbələrdən paylaşılan məlumatları izləməyi xahiş edirik.

    PAYLAŞ:

    Oxşar xəbərlər