AFFA hakimə təpik atan məşqçini cəzalandırdı

AFFA hakimə təpik atan məşqçini cəzalandırdı
  • İdman

  • "Xəzər Lənkəran”ın U-17 komandasının baş məşqçisi Ağadadaş Həmidov cəzalanıb.

    Asiya.az
    xəbər verir ki, AFFA-nın İntizam Komitəsi bugünkü iclasında məşqçinin U-17 Liqasının oyunu zamanı yol verdiyi hərəkəti müzakirə edib.

    Həmidov "Xəzər Lənkəran” - "Qarabağ” oyununun 87-ci dəqiqəsində köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Qarşılaşmanın 90-cı dəqiqəsində yenidən meydana daxil olan çalışdırıcı köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirib. AFFA hakimi təpikləyən məşqçini 20 oyun cəzalandırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər