İlham Əliyev Goranboy rayonunda səfərdədir (FOTOLAR)

İlham Əliyev Goranboy rayonunda səfərdədir (FOTOLAR)
  • Sosial / Manşet

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfərə gedib.

    Asiya.az
    xəbər verir ki, dövlət başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

    Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər barədə məlumat verib.

    Daha sonra Prezident Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

    İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.

    İlham Əliyev Goranboy rayonunda səfərdədir (FOTOLAR)
    İlham Əliyev Goranboy rayonunda səfərdədir (FOTOLAR)
    İlham Əliyev Goranboy rayonunda səfərdədir (FOTOLAR)
    İlham Əliyev Goranboy rayonunda səfərdədir (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər