“Muşqulad“ın Zaur Kamalla bağlı iddialarına cavab

“Muşqulad“ın Zaur Kamalla bağlı iddialarına cavab
  • Mədəniyyət

  • Parodiyaçı Elnur Mahmudovun aparıcı Zaur Kamal və "Xəzər" TV-dən uzaqlaşdırılması iddiasına cavab gəlib.

    Asiya.az
    xəbər verir ki, "5/5" verilişinin layihə rəhbəri Rauf Sübhiyev açıqlamasında məsələ ilə bağlı bunları deyib:

    "Muşqulad obrazını hamı bilir ki, mən yaratmışam. Geyim, parodiyalar, efirdə gedən səhnələrin hamısı mənimdir. Elnur "Planet parni iz Baku" teatrından uzaqlaşdırılmışdı. Həmin ərəfədə bizimlə çalışdı. İndi onlarla barışdı və qayıtmalı oldu.

    Bizim özümüzün isə xaricdə iki tədbirimiz var idi. Tədbirə az qalmış onlarla barışdı, bizim məşqlər qaldı. İşlərimiz alınmadı. Efirdəki səhnələri hazırlamağa gəlməsi bir yana, konsert işlərini yarımçıq qoydu. Biz ona gedib həmin teatrın məşqlərinə qatılmasına icazə verəcəkdik. Ya həmin teatra, ya da bizim konsertə getməli idi. O da "Planet parni iz Baku"ni seçdi, bizim xaricdəki konsertlərimiz də təxirə düşdü.

    Verilişdəki səhnələrə qaldıqda isə... Bunu başqa biri ilə davam etdirmişəm. Nə etməli idim? Yaratdığım obrazı davam etdirməliyəm. Kim Muşkulat paltarını geyinsə, olacaq o...".

    R.Sübhiyev Elnurun məcbur ərizə yazması iddiasına isə "Məcbur ərizə olar? O tərəfə gedirsə, bizim burada işimiz qalır. Bu adam iki yerə bölünə bilməz axı, birini etməlidir" cavabını verib.

    Qeyd edək ki, parodiyaçı aparıcı Zaur kamalın onu işdən çıxmağa məcbur etdiyini söyləyib. /Axşam.az
    PAYLAŞ:

    Oxşar xəbərlər