Sevdiyi qıza görə anasını və nənəsini bıçaqladı – VİDEO

Sevdiyi qıza görə anasını və nənəsini bıçaqladı – VİDEO
  • Kriminal, Asiya TV

  • ARB TV-nin "Rezonans" proqramında bu dəfə 1985-ci il may ayının 16-da Bakı şəhərində dünyaya gələn Kazımov Seymur Rauf oğlu öz həyat hekayəsini danışıb.

    Kazımov Seymur Rauf oğlu – Məhkum (12 il 6 ay): "İş olanda fəhlə kimi, xidmətçi kimi işləyirdim. Olmayanda da qalırdım belə. Atam bizi iki yaşım olanda atıb gedib Rusiyaya, orada evlənib. Atamı heç Bakıda görməmişəm. Görəndə də qeydiyyatdan çıxmağımız üçün gəldi, sonra yola saldıq getdi. O vaxdan görməmişəm.

    2005-ci ildə əsgərlikdən gələndən sonra bütün sənədlərimi qaydasına saldım. Başladım işləməyə. Jenya adında bir orta yaşlı kişinin köməkçisi idim. Orada işləyəndə bir qızla tanış oldum. Nənəm, qoca nənəm də bəyəndi. Sonradan elə oldu ki, bu qızı bəyənmədilər.

    Nənəmi mətbəxə çəkdim, orada başladı qızı söyməyə. Bir neçə dəfə qızı söydü, dedim ki, bəsdir, tanımadığın insanı niyə söyürsən? Dedi ki, qoymayacam səni o qızla evlənməyə. Belə deyəndə artıq mən özümü itirdim. Üstümdə həmişə gəzdirdiyim bıçaqla nənəmi vurdum.

    Anam gəldi, anamı da vurdum. Bir bıçaq zərbəsi dəydi boğazından. Sonra qoca nənəm oyandı. Dostum da bizdə idi, məni sakitləşdirə bilmədilər, dəli olmuşdum. Sonradan cinayət işimlə tanış olanda gördüm ki, nənəmi çəngəllə vurub suda boğmuşam. Suda boğmaq yadıma gəlir, amma çəngəllə vurduğumu xatırlamıram.

    Hadisəni törədəndən yarım saat sonra polislər gəldi. Məni yerə uzandırıb qoluma qandal vuranda ayıldım ki, cinayət törətmişəm, artıq gecdir. Məhkəmədə prokuror 13 il 3 ay həbs istədi, hakim isə gənc olduğuma görə 12 il 6 ay həbs cəzası verdi mənə.

    Hakimdən, prokurordan xahiş etdim ki, sevdiyim qızla görüşməyə icazə versin. Qız qapıda dayandı, bir kəlmə söz dedi ki, sən dəlisən. Sonra telefonla danışdıq bir neçə dəfə. Həbsxananın ünvanını vermədim ki, gəlib getməsin bura. Daha sonra zəng edəndə o nömrə artıq işləmirdi. O gündən, bugünə qədər hələ də bir xəbər yoxdur.

    İstəməzdim belə olsun, həyatımız bir lentin üzərində olsa, o lenti geriyə çəkib imkan verməzdim belə bir şey yaşansın. Məhkəmədə anam gəldi, onun göz yaşın görüb boğuldum, danışa bilmədim. 3 il bundan öncə anamla danışmışdım, adam da göndərdim ki, barışaq, barışmaq istəmir.

    İstəyirəm anam olsun, yetim qalmaq istəmirəm. Həbsdən çıxandan sonra nəyin bahasına olursa olsun, onlara da baxacam, kömək edəcəm onlara. Bəlkə də üz-üzə oturub danışsaq məni bağışlayar. Üzr istəyərdim, kaş ki, məni bağışlayardı.

    Nə "razborşik" deyiləm, nə narkoman, azadlığa çıxan kimi həyatımı bərpa edəcəm. Şirkətdə iş tapıb işləyəcəm, anama da kömək olacam. İstəyərdim ki, nənəm yenidən həyata qayıtsın, anam məni bağışlasın. Əsas anamdı, elə bilirəm ki, artıq o qız da yoxdur. Gecə də, günüz də gözümün önündədir anam".

    Daha ətraflı sujeti izləyə bilərsiniz:

    PAYLAŞ:

    Oxşar xəbərlər